Avto

Bir evakuator iki avtomobil aparır – VİDEO

15-10-2016, 02:14
Bir evakuator iki avtomobil aparır – VİDEO 

Gəncədə iki "Oka” markalı avtomobili evakuatorun yedəyinə alan sürücü təhlükəsizlik qaydasına əməl etməyərək hərəkət edib.

Görüntünü izləyən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, evakuator sürücüsü yol hərəkəti haqqında qanunun 57-ci maddəsini kobud pozub.

Ekspertin sözlərinə görə, bu qayda pozuntusuna görə evakuator sürücüsü 40 manat cərimə oluna bilər.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev də yük daşınarkən onun çəkisinə, ölçüsünə, yəni parametrlərinə diqqət edilməli olduğunu qeyd edib. Şöbə rəisi, əgər avtomobil yedəyə möhkəm bərkidilibsə və yandan 40 sm, hündürlüyü 4 metr və arxa tərəfdən 1 metri keçmirsə daşınmanın qaydalara uyğun olduğunu deyib.

Oxu.Az "Xəzər xəbər”ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir:


Administratorla əlaqə

077 611-55-22

[email protected]