Avto

Beynəlxalq Avtovağzal vasitəsilə Bayram günlərində 30 minə yaxın sərnişin daşınıb

13-09-2016, 14:43
Bayram günləri ilə əlaqədar Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində işləyib. 

Xeberman.com-un  verdiy məlumata görə,bu barədə Trend-ə kompleksin sahə rəisi Məhəmməd Abdullayev məlumat verib. Onun sözlərinə görə, avtovağzalda əsasən sərnişin sıxlığı sentyabrın 10-u və 11-də hiss olunub: "Sentyabrın 10-da sərnişin sıxlığının qarşısının alınması məqsədilə 550-dən artıq avtobus marşrut xəttinə buraxılıb. Həmin gün avtovağzaldan 14 min nəfərdən artıq sərnişin daşınıb. Sentyabrın 11-də isə 500-dən artıq avtobus 13 min nəfərdən çox sərnişinə xidmət göstərib. Hazırda sərnişin sıxlığı yoxdur, marşrutlar normal qrafik üzrə hərəkət edir".

M.Abdullayev qeyd edib ki, sabah bayramın bitməsi ilə əlaqədar artıq bu gündən rayonlarda sərnişin sıxlığının qarşısını almaq məqsədilə bölgələrdən Bakıya gələn marşrutlardakı avrobusların sayı artırılıb.

Sahə rəisi vurğulayın ki, adi günlərdə avtovağzaldan gün ərzində 380-400 nəqliyyat vasitəsilə 9-10 min nəfər sərnişin daşınır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]