Avto

DYP-dən "Lənkəranski"-nin 90 ND 011 nömrəli avtomobili ilə bağlı -AÇIQLAMA

18-08-2016, 23:52
DYP-dən "Lənkəranski"-nin 90 ND 011 nömrəli avtomobili ilə bağlı -AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyədə Azərbaycan dövlət nömrə nişanlı avtomobilə silahlı hücum olub.

Bununla bağlı Türkiyə mediyası da məlumat yayıb. Məlumatda Rövşən Lənkəranskinin vurulduğu qeyd olunub. Ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə yaradılıb. Faktor.az-a verilən məlumatda bildirildi ki, 90 ND 011 dövlət nömrə nişanlı avtomobil Süleymanov Coşqun və Fırat Can adlı şəxsə məxsusdur.

Öldürüldüyü iddia edilən Rövşən Lənkəranskiyə aidiyyatı yoxdur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]