Avto

Bakıda evakuator avtomobili çəkərkən altını qopardı - VİDEO

9-07-2016, 00:02

Bakıda evakuator avtomobili çəkərkən altını qopardı - VİDEOBakıda evakuator dayanma-durma qaydasını pozan sürücünün avtomobilini apararkən nəqliyyat vasitəsinin alt hissəsindəki qoşqunu qoparıb. 

Xeberman.com Xəzər xəbər-ə istinadən məlumat verir ki, hadisə ötən gün baş verib. Sürücü avtomobilini yol kənarında saxlayıb mağazaya gedib. Dayanma-durma qaydasını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin evakuatoru nəqliyyat vasitəsini cərimə meydançasına aparmaq istəyib.

Lakin avtomobili evakuatorun yedəyinə alarkən qoşqu yeri zədələnib. Evakuatorun sürücüsü hadisə yerini dərhal tərk edib. 

Ekspert Ərşad Hüseynovun sözlərinə görə, yol hərəkəti haqqında qanunun 85-ci maddəsində qeyd olunur ki, evakuasiya zamanı avtomobilə dəymiş ziyanı həmin qurum qarşılamalıdır. Yəni bu hadisəyə görə sürücü iddia qaldırıb dəymiş ziyanı Dövlət Yol Polisinə ödətdirə bilər.


Administratorla əlaqə

077 611-55-22

[email protected]