Avto

«Formula 1» əleyhinə kampaniya: EVENT YARADILDI

9-06-2016, 02:27
«Formula 1» əleyhinə kampaniya: EVENT YARADILDIMühacirətdə yaşayan bir qrup azərbaycanlı Qran-Pri yarışını boykot ediblər 

İyunun 17-19-da Bakıda keçiriləcək «Formula 1» yarışlarının əleyhinə event yaradılıb. JAM.AZ xəbər verir ki, Facebookda yaradılmış evntdə Bakıda keçirilməsi nəzərdə tutulan yarışın dayandırılması və bu məqsədlə ayrılmış pulların şəhid ailələrinə verilməsi tələb olunur. 
İyunun 19-na kimi davam edəcək bu kampaniyanın təşkilatçıları əsasən Avropada yaşayan mühacirlərdir. İndiyə qədər onlara dəstək verənlərin sayı isə 100 nəfəri keçməyib. JAM.AZ xəbər verir ki, təşkilatçılar atdıqları addımla bağlı açıqlama da yayıblar. Onlar bildirirlər ki, bu yarışmanın dəyəri milyonlarla ölçülür. «İştirakçıların və qonaqların bütün xərclərini Azərbaycan hökuməti öz üzərinə götürüb. İnsanların işsizlikdən əziyyət çəkdiyi bir zamanda, yoxsulluq, siyasi məhbus problemi, insan hüquqları problemi, ifadə və əqəidə azadlıqları probleminin ən pik dönəmində Azərbaycan xalqına belə bir yarışma lazım deyil. Biz "Formula 1" Bakı Qran Prisini boykot edirik!»

Administratorla əlaqə

077 611-55-22

[email protected]