Analitika

Politoloq: “Soyuq savaş”ın anonsu verilib“

6-09-2016, 20:09
Politoloq: “Soyuq savaş”ın anonsu verilib“

"Suriyada cərəyan edən proseslər beynəlxalq oyuçuların diqqətini qazan kimi qaynayan Yaxın Şərqə çevirib”

 


Cebhe.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə belə deyib.

M.Əsədullazadə qeyd edib ki, Suriya Qərb və Rusiyanın nüfuz savaşı uğrunda mübarizə meydanına çevrilib:

"İranın da proseslərə qoşulması burada məzhəb savaşını alovlandırdı. Suriyalı qaçqınlara sahib çıxdığı halda bu ölkədə baş verənlərdən əsas əziyyəti isə Türkiyə çəkir. İran, Rusiya və ABŞ Suriyadakı savaşı dərinləşdirdikcə bu, Türkiyəyə fəsadlarını vurur. Artıq ABŞ Türkiyənin əleyhinə gedərək PYD və YPG kürd terror təşkilatlarına dəstək verir. Rusiya ilə arasındakı təyyarə böhranına görə Türkiyə bu ölkəyə müdaxilə edə bilmir, ABŞ-ın da razılığı yoxdur. Türkiyənin ərazi bütövlüyünü təhdid edəcək və Yaxın Şərqin siyasi xəritəsini dəyişmək imkanı genişlənən Suriya kürdləri artıq Şimali Suriyada öz kantonlarını birləşdirərək muxtariyyətdən müstəqilliyə getmək istəyirlər.

ABŞ-ın fəal hərbi logistik və siyasi dəstəyindən istifadə edən YPG-nin bu planlarını Türkiyənin "Fərat qalxanı” əməliyyatını pozdu. Lakin buna baxmayaraq, "Fərat qalxanı” əməliyyatı ilə Türkiyə Şimali Suriyada kürd dövlətinin yaranmasının qarşısını aldı, həm də Qərbin planlarını pozdu. Artıq türk ordusu İŞİD və YPG silahlı birləşmələrinin Türkiyə ilə sərhəd bölgələrindəki nəzarət məntəqələrini azad edib”.

Politoloq bildirib ki, Türkiyə tədricən Suriyada söz sahibi olur: "Türkiyə Suriyada bataqlığa batmayıb və Qərbin onu bu bataqlıqda batırması planlarını pozdu. Əslində Türkiyə kürd birləşmələrini bu bataqlığa saldı. Artıq bütün oyunçular kürdlərin planlarına qarşı çıxırlar və Suriyanın ərazi bütövlüyünü dəstəkləyirlər. Türkiyə bölgədə bufer zona yaratmaqla 2 milyondan artıq suriyalı qaçqını Suriyaya qaytarmaqla kürdlərin burada etnik təmizləmə planlarını da pozacaq. 

Türkiyə "Fərat qalxanı” əməliyyatlarıyla böyük güc olduğunu ortaya qoydu. Əgər türk ordusu Hələbə girsə, böyük ehtimalla Suriya məsələsinin həllinə nail olacaq. Çünki İran, Rusiya və Qərb koalisiyasının buradakı əməliyyatları savaşı dərinləşdirir”. Məhəmməd Əsədullazadə hesab edir ki, Suriyadakı geosiyasi müharibə proseslərin Cənubi Qafqaza uzanan yolunu açır: "Rusiyanın Xəzər dənizindən Suriyaya raket zərbələri endirməsi, Azərbaycanın şimalında – 5-ci Cənub Hərbi dairəsinin Qara və Xəzər dənizində 12 minlik ordu ilə təlim keçirməsi nüfuz uğrunda başladılan "soyuq savaş”ın anonsudur”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]