Analitika

Atatürkün “TÜRK QAPISI” -Sədərəkdən açılır.

31-01-2016, 13:59

 


Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasının tərkibində 7 inzibati rayondan biri -Sədərək. Rayonun əhalisi 13,3 min nəfər, sahəsi isə 151,34 kvadrat kilometrdir. Cənub-qərbdən Türkiyə ilə 11 km, şimal-qərbdən Ermənistanla 24 km məsafədə həmsərhəddir. Sahəsi 151,34 km²-dir. Mərkəzi Heydərabadqəsəbəsidir. Rayonda 1 qəsəbə və 3 kənd yaşayış məntəqəsi var. Haqqında söz açdığımız Sədərək şimalda və şərqdə dağlıq, Arazboyu hissədə bir-birindən tirə və yüksəkliklərlə ayrılan maili düzənlikdən ibarətdir. Cənub-şərqdə Dəhnə və Vəlidağ yüksəklikləri vasitəsilə Şərur düzündən ayrılır. Şimal-qərbdən isə Sarıbulaq dağlarının cənub-şərq ətəkləri ilə sərhədlənib Ağrı düzü ilə birləşir. Ucubiz, Əjdəkan, Tejkar, Vəlidağ və Saraclı dağları ilə əhatələnmişdir. Düzənlikdə başıaşağı olaraq allüvial və allüvial-prolüvial, dağlıq hissədə, xüsusilə mütləq yüksəkliyi 1100-1200 m-ə çatan Vəlidağda Devon, qismən Təbaşir çöküntüləri yayılmışdır. Ərazidə gil, mərmərləşmiş əhəngdaşı yataq və təzahürləri, mineral su yataqları var. Quru kontinental iqlimə malikdir. Yayı isti, qışı soyuq olur. Ərazisindən Qaraçay, Çapan çayı və Türkiyə sərhədi boyunca Araz çayı axır. Ərazidə, əsasən, boz torpaqlar yayılmışdır. Sədərək düzünün Arazyanı hissəsində yeraltı sular səthə yaxın olduğundan çəmən-ot bitkiləri yaxşı inkişaf etmişdir.

Rayonun əhalisi 13,6 min nəfərdir. Orta sıxlıq 1 km²-də 86 nəfərdir. Yaşayış məntəqələri Heydərabad qəsəbəsi, Sədərək, Qaraağac və Kərki kəndləridir. Təəssüflər olsun ki, Kərki 19-20 yanvar 1990 ildə erməni-rus silahlı qüvvələri tərəfindən işğal olunub.

Sədərək rayonunun sosial infrastrukturunun möhkəmləndirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, sərhəd bölgəsinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi və gücləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Rayon mərkəzində və kənd yaşayış məskənlərində yeni inzibati və ictimai obyektlər inşa edilmiş, bərpa, tikinti-quruculuq və abadlıq işləri aparılmışdır. Yeni yaşayış qəsəbəsi salınmış, Araz çayı üzərində Türkiyə ilə Azərbaycanı birləşdirən Sədərək-Dilucu körpüsü ("Ümid körpüsü") tikilmişdir. Heydərabad qəsəbəsində ermənilər tərəfindən dağıdılan 100-ə yaxın yaşayış binası təmir olunmuş, su, elektrik və rabitə xətləri bərpa edilmiş, 35/10 kvt-lıq yarımstansiya quraşdırılmışdır. Türkiyənin Aralıq bölgəsindən Sədərəyə 35 kvt-lıq fasiləsiz elektrik xətti çəkilmişdir. Elektrik enerjisi ilə təmin olunması sahəsində xeyli işlər görülmüşdür. Rayonun suvarma sistemləri tamamilə yeniləşdirilmiş və yaxşılaşdırılmışdır. "Bulaqbaşı" kəhrizi əsaslı şəkildə təmir olunaraq Sədərək rayonuna 5 km məsafədən yeni içməli su xətti çəkilmiş, 7 subartezian quyusu qazılmış, su kəmərləri təmir olunmuş, ərazidə 15 bulaq-abidə tikilib istifadəyə verilmişdir. 4 pilləli nasos stansiyasında yenidənqurma işləri aparılmışdır. Əsası 1992-ci ildə qoyulmuş aqrar islahatların aparılması 1996-cı ildən etibarən daha da sürətləndirilmiş, 1999-cu ildə Sədərək rayonu üzrə tamamilə başa çatdırılaraq, əhali torpaq payları ilə təmin olunmuşdur. Kənd təsərrüfat məhsulu istehsalının həcmini və məhsuldarlığını yüksəltmək üçün özəl təsərrüfatların inkişaf etdirilməsi istiqamətində fermerlərə, torpaq mülkiyyətçilərinə xeyli güzəştlər edilmişdir. Hazırda rayon ərazisində BMT-nin İnkişaf Proqramının və İslam İnkişaf Bankının vəsaiti hesabına bir sıra işlər görülmüş və həyata keçirilməsi planlaşdırılmışdır.

Rayon iqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq və heyvandarlıq təşkil edir. Rayonda sənaye müəssisələrindən 2 şərab emalı zavodu, Naxçıvan Tikiş Fabrikinin filialı var. 2004-cü ildə muxtar respublika sənaye məhsulunun 3,0%-ə qədəri Sədərək rayonunun sənaye müəssisələrində istehsal olunmuşdur. Bakı-Yerevan dəmir yolu (hazırda Naxçıvanın ermənilər tərəfindən blokadaya alınması səbəbindən işləmir), Naxçıvan-Türkiyə avtomobil yolu rayonun ərazisindən keçir. Sədərək gömrükxanası fəaliyyət göstərir.

Rayonda təbii su mənbəyi olmadığından suvarma, əsasən, 4 pilləli nasos stansiyaları və 3 qoldan ibarət kanallar, onların üzərindəki hidrotexniki qurğular vasitəsilə həyata keçirilir. Əhalinin içməli suya tələbatı isə "Bulaqbaşı" adlanan kəhriz və artezian quyuları vasitəsilə təmin edilir. Naxçıvan MR Ali Məclisi "Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında" 2001-ci il 15 mart tarixli xüsusi qərar qəbul etmişdir.

Onu da qeyd edək ki, Sədərək rayonu Azərbaycanın digər qədim bölgələri kimi tarixi əhəmiyyət də kəsb edir. Belə ki, son illər aparılmış arxeoloji qazıntılar nəticəsində Sədərək rayonu ərazisində Eneolit, Tunc dövrlərinə, antik dövrə və orta əsrlərə aid yaşayış yerləri və qəbir abidələri aşkara çıxarılmış və öyrənilmişdir. Sədərəyin cənubunda e. ə. IV-III minilliyə aid yaşayış yeri aşkar olunmuşdur. Ərazidə Əjdəkan, Cin təndiri, Cəhənnəmdərə, Şir arxı, Dəhnə, Qırmızılar, Fərhad arxı, Kültəpə, Ağoğlan, Karvansara, Ələddin, Qaraburun və s. tarixi yer adlan mövcuddur.

Sədərəyin cənub-şərqində, Araz çayının sol sahilində geniş bir ərazini əhatə edən orta əsrlərə aid yaşayış yeri tapılmışdır. Sədərək qalasının izləri bu günədək qalmaqdadır. Tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, bölgədə e. ə. 4-cü minillikdən başlayaraq fasiləsiz həyat davam etmişdir. Rayon ərazisində tarixi-memarlıq abidələrindən 3 məscid, orta əsrlərə aid qala xarabalığı, müdafiə istehkamı, karvansara, Ağoğlan piri, XIX-XX əsrin əvvəlində tikilmiş hamam binası və s. mühafizə olunmuşdur. Mühüm elmi və tarixi əhəmiyyət kəsb edən nadir abidələr bərpa olunur. Böyük Vətən müharibəsində (1941-45) və Azərbaycan torpaqları uğrunda şəhid olanlara abidə kompleksi inşa edilmiş, Şəhidlər xiyabanı salınmışdır. Mədəni quruculuq və səhiyyə. Sədərək rayonunda təhsilin, səhiyyənin və mədəniyyətin inkişafı sahəsində də ardıcıl tədbirlər görülmüşdür. Rayonda bir sıra inzibati və sosial-mədəni binalar, Qaraağac kəndində yeni məktəb binası tikilmiş, kəndlərin mərkəzi meydanları abadlaşdırılmış, asfalt örtük salınmış, milli memarlıq üslubunda işlər görülmüşdür. Mədəniyyət sarayının, rabitə evinin binalan təmir edilmiş, bərpa və abadlıq işləri aparılmışdır. Rayonun girəcəyindəki 4 km-lik qoşa yolun əsaslı təmiri başa çatdırılmış, 3 körpü yenidən qurulmuşdur. Rayonda 3 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi. 5 kitabxana, 4 klub, 1 uşaq-musiqi məktəbi, uşaq-gənclər şahmat məktəbi, tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir.

Sədərək rayonu 28 avqust 1990-cı ildə Şərur rayonunun tərkibindən ayrılaraq rayon statusu almışdır.
Əhalisi 15,0 min nəfər, ərazisi 163,74 kv.km-dır. Mərkəzi Heydərabad qəsəbəsidir. Rayonda 1 qəsəbə, 3 kənd vardır.
Sədərək rayonu cənub-qərbdən Türkiyə Cümhuriyyəti ilə (Türkiyə ilə Azərbaycanın həmsərhəd olduğu 15 km məsafə yalnız buradadır), şimal-qərbdən Ermənistan Respublikası ilə 24 km və cənub-şərqdən Şərur rayonu ilə 27 km həmsərhəddir.
Rayonun ərazisi əsasən düzənlikdən ibarət olub «Ucubiz, Əjdəkan, Vəlidağ və Tejqar» dağ silsilələri ilə əhatə olunmuşdur. Türkiyə ilə Sədərək arasında sərhəd boyu Araz çayı axır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci ildə Araz çayı üzərində Türkiyə ilə Azərbaycanı birləşdirən «Ümid» körpüsü tikildi, Gömrük keçid məntəqəsi yaradıldı. Türkiyədən Sədərəyə yüksək gərginlikli elektrik xətti çəkildi.
Sədərək rayonu Heydərabad qəsəbəsi, Sədərək, Qaraağac və Kərki kənd inzibati ərazi dairələrindən ibarətdir.
Heydərabad qəsəbəsinin əsası 1982-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. 23 mart 2000-ci ildə qəsəbə statusu almışdır. Sədərək rayonunun mərkəzidir.
Qaraağac kəndi 1997-ci ildə Sədərək kəndindən ayrılmışdır. Qaraağac kənd icra nümayəndəliyi yaradılmışdır.
Kərki kəndi 1990-cı ildən işğal altındadır. Əhalisi məcburi köçkün kimi respublikamızın müxtəlif yerlərində məskunlaşmışdır.
1990-1993-cü illərdə erməni silahlı birləşməsi Sədərək üzərinə 14 dəfə güclü hücum etmiş, 1990-cı il yanvarın 16-da Kərki kəndi işğal olunmuş, Qanlı yanvar faciəsinin ilk şəhidləri Sədərəyin müdafiəsi zamanı verilmişdir (1990-1993-cü illərdə Sədərəyin müdafiəsində 108 nəfər şəhid olmuşdur).
Bu müddət ərzində 500 yaxın yaşayış evi, məktəblər, inzibati binalar dağıntılara məruz qalmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvanda yaşayıb, fəaliyyət göstərdiyi dövrdə digər sərhəd bölgələri kimi Sədərək də işğal təhlükəsindən xilas olmuşdur.
Ümummilli liderimiz Sədərəyi Naxçıvanın «Qeyrət qalası» adlandıraraq demişdir: «Muxtar respublikanın sərhəd kəndləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq Sədərəyin üzərinə düşmüşdür. Sədərəkdə vəziyyət tamam başqadır. Burada əsl müharibə gedib, atışmalar olub».
Sədərək rayonunda maili düzənlik Arazboyu düzənliklərdən biridir. Cənub-şərqdən Dəhnə və Vəli dağ yüksəklikləri ilə Şərur düzündən ayrılır. Şimal-qərbdən Ağrı düzənliyi ilə birləşir. Cənub-qərbdə Araza qovuşur. 800-940 metr yüksəkliyə malik olan Sədərək düzü cənuba və qərbdən-şərqə doğru meyillidir. Sədərək düzünün mərkəzi hissəsindən kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur.
Burada gil, mərmərləşmiş əhəngdaşı yataqları və təzahürləri, mineral su yataqları vardır. Quru kontinental iqlimə malikdir. Yayı isti, qışı soyuqdur. Ərazidən Qaraçay, Çapan çayı və Türkiyə sərhədi boyunca Araz çayı axır. Əsasən, boz torpaqlar yayılmışdır. Sədərək düzünün Arazyanı hissəsində çəmən-ot bitkiləri inkişaf etmişdir.
Sədərək, əsasən, kənd təsərrüfatı rayonudur. Taxılçılıq, üzümçülük, meyvə-tərəvəzçilik və maldarlıq inkişaf etmişdir.
Rayonda 3 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 5 kitabxana, 4 klub müəssisəsi, 1 muzey, 1 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, 1 həkim ambulatoriyası, 1 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır.
Sədərək rayon İcra hakimiyyətinin orqanı olan «Oğuz yurdu» qəzeti 2000-ci ildən nəşr olunur.
Sədərək rayonundan Vəli dağ dəmir yolu stansiyasına qədər olan dəmir yolunun uzunluğu 15 kilometrdir.
Sədərək rayonunun ərazisindən keçən I kateqoriyalı Naxçıvan – Sədərək avtomobil yolunun uzunluğu 15 kilometrdir.
Sədərək gömrükxanasından Naxçıvan – Sədərək magistral yoluna olan I kateqoriyalı yolun uzunluğu 7 kilometrdir.
Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. 1990-1993-cü illərdə erməni silahlı birləşmələri dəfələrlə Sədərək rayonuna güclü hücumlar etmiş, 1990-cı ildə Kərki kəndi işğal olunmuş, kənddə 46 ev, mədəni sosial obyektlərdən kənd klubu, kitabxana, feldşer-mama məntəqəsi, orta məktəb binası, kənd qəbiristanlığı dağıdılmışdır. Qanlı yanvar faciəsinin ilk şəhidləri Sədərəyin müdafiəsi zamanı verilmişdir. Rayonun müdafiəsində 108 nəfər şəhid olmuşdur. Bu müddət ərzində 500-ə yaxın yaşayış evi, məktəb binaları, mədəniyyət evi, onun nəzdində olan kənd klubları, kitabxanaları, xəstəxana binası, məscid binası, transformator yarımstansiyaları, elektrik və telefon xətləri, tikişçilik müəssisəsi, şərab emalı zavodu ciddi zərər çəkmiş, Heydərabad qəsəbəsi, sərhəddə yerləşən şərab zavodu dağıdılmışdır. 500-dən artıq adam yaralanmışdır.

 

Qədim Sədərək kəndi həmçinin bir çox pəhləvan, döyüşçü və ziyalı nümayəndələri ilə həmişə fəxr edib. Milli folklorumuzun əsas tərkib hissəsi sayılan Saz və söz yaradıcılığını özündə birləşdirən Aşıq sənətin daha bir görkəmli nümayəndəsi Ağ Aşıq Yusif Cəfərov,Elm xadimlərindən –Tarix elmlər namizədi Nəcəf Müseyib, Namiq Əliyev, həmçinin Milli mətbuatımıza, publisistikamıza öz misilsiz töhfələrini vermiş, bir sıra mətbu orqanlarında silsilə yazı-məqalələrilə minlərlə oxucu kütləsini özündə birləşdirib xalqın qəlbinə milli ruhda yol tapmış, şeirlər toplusu olan bir sıra kitabların müəllifi, Kəmaləddin Qədim məhz bu eldən, bu obadan olmuşdur. Sədərəkdə həmçinin Hüseynov Qasım Qulamhüseyn oğlu, Hacı Abdulla, Əhməd Sadıqov, MəşədiRza Sadıqov, İbrahim Həsənov həm Türkiyədə, həm İranda bütün döyüşlərdə uğur qazanaraq doğma Sədərəyin başını uca etmişlər.Bugün də ata-babalarının yolunu davam etdirən bir çox gəncləri var bu yurdun.Onlardan biri Şükür Əli oğlu Şahverdiyevdir.Onun babası Şükür Şahverdiyev Böyük Vətən müharibəsində bir gündə 2 "Qırmızı Ulduz”-a layiq görülərək vətənimizə sinəsi medallarla dönüb.

Müstəqil Azərbaycanımızın Dövlət İdarəetmə- icra strukturunun bir bölməsi olan İcra Hakimiyyəti Orqanlarında da xalqa qayğı naminə çox böyük uğurlarla fəaliyyət göstərən, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov da məhz Ulu Naxçıvan torpağının Sədərək rayonundandır. Doğma Azərbaycanın hər bir nöqtəsini daim əziz tutan Tahir Kərimov rəhbərlik etdiyi icra struktur sahəsi üzrə də tutduğu mövqeyi Salyan rayon sakinlərinə öz ailə üzvü kimi millətçilik və təəssübkeşliklə əziz tutması bir ayrılmaz vəhdət təşkil edərək onların hər birinin qayğısına qalaraq bugün fəaliyyət göstərir, həmçinin hər hansısa bir yarana biləcək problemlərin həlli istiqamətində müvafiq köməklik və tapşırıqlarını verməklə,ələlxüsus Təqvim üzrə əlamətdar sayılan günlərdə də Salyan rayonunun Veteran , Şəhid və kimsəsiz şəxslərin sosial problemlərində daim onlara yardımçı olaraq nəticə etibarilə də Xalq və Dövlət vəhdətindəki vacibliyi zəruri edir. Bu da öz növbəsində müstəqil Azərbaycan dövlətinin dünya ölkələri içərisində daha da inkişaf etdirərək öz millətçilik və azərbaycançılıq məfkurəsini bir növ əsl dünyəvi nümünəyə çevirmişdir.

Adı tarixin minillik qatlarından gələn Sədərəyin bu bölgənin strateji yaşayış məntəqəsi olduğu tədqiqatçılar tərəfindən artıq təsdiq olunmuşdur. Bir çox mənbələrdə adı "Səd rəng” yəni "Min rəng” kimi qeyd olunan bu kənddə çox sayda türkmənşəli toponimlər vardır. Sədərək qalası, Ağ oğlan, Kültəpə və sair kimi qədim adlar buna misaldır. Bu qədim yaşayış məntəqəsi kim bilir, nə zamansa neçə min nəfərlik bir şəhər olmuşdur.
Düşmənlə üz-üzə, aralarında qadın, kişi, qoca, cavan 52 nəfər sədərəkli şəhidin uyuduğu Şəhidlər xiyabanında bir dəqiqəlik sükutu yaşamadan bu duyğuları bölüşmək çox çətin olardı. Həyat isə davam edir. Sədərəklilər tarixin sınaq anında nəinki öz torpaqlarını qəhrəmanlıqla müdafiə etdilər, onu tərəqqiyə qovuşdurub əsl cənnətə çevirdilər. İndi bu torpaqda həm milli müstəqilliyimiz uğrunda canından keçmiş azərbaycanlıların, həm də 1918-ci ildə mənfur ermənilərə qarşı döyüşdə şəhid olmuş türk əsgərinin məzarları gül-çiçəyə bürünmüşdür.
Sədərək kəndinin müasir mənzərəsinə baxdıqda onun təsərrüfatçılıq ənənələri və sosial həyatı ön plana çıxır. Onu qeyd etməliyik ki, sədərəklilər cəsur olduqları qədər, təsərrüfatda da bacarıqlı, işgüzar, eyni zamanda çox qonaqpərvər insanlardır. Yəqin ki, oxucularımız da öz sədərəkli dost-tanışları timsalında bu fikrimizlə razılaşarlar. İstər muxtar respublikamızın iqtisadi və mədəni həyatında, istərsə də ölkə­mizin paytaxtında sədərəkli iş adamları yaxşı tanınırlar. 2010-cu ildə istifadəyə verilmiş 26 çarpayılıq, 14 həkim və 35 tibb işçisi, apteki, iki həkim ambu­latoriyası olan Sədərək Rayon Mərkəzi Xəstəxanası bu kəndin çox mühüm sosial obyektlərindəndir. 2010-cu ildə tikilmiş 2 nömrəli tam orta məktəb, 2012-ci ildə istifadəyə verilmiş Sədərək Kənd Mərkəzi, 2014-cü ilin yanvar ayında istifadəyə verilmiş 1 nömrəli tam orta məktəb, təqribən, bir il əvvəl, ötən ilin avqustunda istifadəyə verilmiş "Sədərək” şadlıq evi və Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binası da son beş ilin quruculuq ərməğanlarındandır. Hazırda kənddə tikintisi davam etdirilən musiqi məktəbi, içməli su və kanalizasiya xətti gələcəkdə Sədərəyin quruculuq ünvanlarının sayını daha da artıracaqdır. Kənddəki mədəniyyət evi, istirahət parkı, futbol və voleybol meydançaları sədərəkli gənclərin asudə vaxtlarının mənalı keçirilməsində mühüm əhəmiyyətli sosal obyektlərdəndir. Burada elektron xidmətlər sarıdan da heç bir sıxıntı yoxdur. İki bankomat və 7 POS-terminalla sədərəklilər lazımi işləri elə kənddəcə həll edirlər.
Sədərəyə göstərilən diqqət onun əhalisinin sosial-mədəni tələbatlarının ödənilməsi ilə yanaşı, təhsildə də uğurlu nəticələr qazanmağa imkan yaradır. İndi kənddə fəaliyyət göstərən iki tam orta məktəbdə 1067 şagirdin müasir təhsil ala bilməsi üçün dövlət tərəfindən bütün şərait yaradılmışdı. Qədim Naxçıvanın hansı səmtinə səfər etsən, irili-xırdalı bütün yaşayış məntəqələrində müasirlik növrağı ilə alışıb-yanan quruculuq əzmi, başlamış layihələri sonacan çatdıra bilmək iradəsi qarşımıza çıxır. Səbir və uzaqgörənliklə həyata keçirilən bütün bu işlər isə nə zamansa xalqımızın həyatının çətin zamanlarında ulu öndərimizin Naxçıvanla bağlı arzularının başa çatdırılması üçün verilmiş sözün, bir rəhbər qətiyyətinin məhsuludur. Belə demək mümkünsə"Türkün qapısı” etibarlı əllərdədir.

Xəyyam Qurbanlı.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]