Analitika

Ermənilərdən gözlənilməz iddia: “Paşinyan Qarabağı Azərbaycana qaytarmaq istəyir”

28-05-2019, 05:03
“Ermənistanda fəaliyyət göstərən silahlı Sasnra Çrer Partiyası Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində mitinqlərə hazırlaşır”.
Bu barədə Sasna Çrer üzvü Areq Kureqyan məlumat verib.

O, mitinqlərdə işğal bölgəsinin Ermənistana birləşdirilməsi məsələsinin qaldırılacağını bildirib: “Qarabağ Ermənistandan ayrı olmamalıdır, bura Ermənistanın bir vilayəti olmalıdır və qubernator idarə etməlidir”.

Ermənistan mediası Sasna Çrerin aksiyasını “təxribat” adlandırıb. Ermənistanın işğalçı ordusunun keçmiş üzvü, general Arşavir Qaramyan isə Qarabağ separatçılarının başçısı Bako Saakyanın ölümlə təhdid edildiyini bildirib. General keçmiş döyüşçü Jivan Abramyanın Saakyanı ölümlə hədələdiyini deyib.

Erməni mediasında yayılan iddiaya görə, Sasna Çrerin başladığı anti-Qarabağ kampaniyasının və Bako Saakyanın təhdid edilməsinin arxasında Baş nazir Nikol Paşinyana bağlı şəbəkə durur:

“İrəvanda Qarabağ başçılarının təhdid edilməsinə yönəlik çağırışlar var. Sasna Çrer Qarabağda təxribatçı aksiyalara başlayıb. Qarabağın girişinə “Qarabağ Ermənistanın ərazisidir” şüarını yazıblar. Ermənistan hakimiyyəti isə bu təxribata cavab vermir.

Nikol Paşinyan
Nikol Paşinyan
Digər yandan isə Robert Köçəryanın həbsdən çıxmasına etiraz edən Nikol Paşinyan cəmiyyətə Qarabağda inqilabın baş verəcəyi mesajını ötürü. Hesab etmək olar ki, bu təxribatçı kampaniyanın sonunda Qarabağı itirə bilərik. Nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu il ərzində 10-dan çox hərbi təlim keçib”.

Məlumatda qeyd edilib ki, Soros Fondunun tapşırığı ilə qərar qəbul edən Paşinyan hökumətinin əsas məqsədi Ermənistanı tamamilə Rusiyadan uzaqlaşdırmaq, Qarabağı Azərbaycana qaytarmaqdır. (Teleqraf.com)

Administratorla əlaqə

077 611-55-22

[email protected]