Analitika

Ayətullah Xamneyinin Azərbaycan nümayəndəliyi haqqında təhrif olunmuş böhtan xarakterli yazı dərc edilməsinin səbəbi nədir?

8-06-2017, 14:59
Son bir həftə ərzində Xudaferin.eu saytında Ayətullah Uzman Seyid Əli Xamneyinin Azərbaycan üzrə nümayəndəliyi haqqında təhrif olunmuş şər və böhtan xarakterli yazı dərc olunmuşdu.Həmin yazıda bildirilmişdi ki, Ayətullah Uzman Seyid Əli Xamneyinin Azərbaycan üzrə nümayəndəliyində güya ki,İranın Xüsusi Xidmət orqanlarına bağlı olan 300-ə yaxın Azərbaycan vətəndaşlarını aylıq maliyələşdirir.Bunu sübut etmək üçün də iki listlik siyahı təqdim etmişdilər.Xeberman.com saytı olaraq siyahıda adları çəkilən insanları araşdırdıq və bir çoxu ilə də şəxsən əlaqə saxladıq.Onlardan bəziləri bildirdi ki, evdə xəstəsi və yaxudda ki,maddi cəhətdən hər hansı bir çətinliyi olduğuna görə Ayətullah Uzman Seyid Əli Xamneyinin Azərbaycan üzrə dəftərindən böyük əksəriyyət isə dini kitablar yazıb ,tərcümə edib ,disk çıxardıb,Xamneyi ağanın dəftərliyi tərəfindən təşkil olunmuş məclislərdə rozə,mərsiyə deyib, bir çox isə dini təhsil aldığından və yaxudda dini təbliğ etdiyinə görə Xamneyi ağanın dəftərindən yardım olunan puldan bunlara da müəyyən məvaciblər verildiyini bildiriblər.
Xeberman.com saytı olaraq pulun məbəyi barəsində biz kiçik bir araşdırma etdik.Araşdırma zamanı məlum oldu ki,hər bir müsəlman özünün illik gəlirinin beşdə birini xums deyə dövrünün İmamına ,İmam qeybdə olduğuna görə dövrünün müctehidinə verməlidi.Dövrün müctehidi isə həmin pulu dinin təbliğatına və yaxudda kasıblar,fəqirlər arasında xərcləməlidi.Bu günə qədər Xudafərin.eu və digər buna bənzər saytlar iddia edirdi ki,Azərbaycandan yığılan xums pullar İrana göndərilir,Azərbaycanda dini təbliğata və aztəminatlı ailələrin dolanşığına xərclənmir.Bu gün isə öz dediklərini təksib edən tutarlı bir sənət ortaya qoydular.Yenə də öz fitnələrindən geri qalmayaraq ordan yardım alan və yaxudda dini işlər üzrə müxtəlif peşə və sənətlərdə fəaliyyət göstərən insanları İranın Xüsusi Xidmət orqanının əməkdaşı kimi qələmə verməklə bir başa hədəf taxtına gətizdiriblər.Bunu isə ancaq Xarici Xüsusi Xidmət orqanlarında işləyən misyonerləşmiş xəbər saytından başka heç kim bu cür şər və böhtan yazmazdı.Tək domenə baxdıqda hər şey açıq-aşkar görünür(eu)bu domen ancaq Avropada fəaliyyət göstərən saytlara aiddir.
P.S Xeberman.com saytı olaraq biz bu yazını qarşı tərəfin mövqeyi kimi yox,sadəcə olaraq müstəqil media olaraq araşdırıb oxuyuculara təqdim etdik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]