Analitika

Güc strukturlarının nümayəndələrinə elmi işlərini müdafiə etməsinə brokratik əngəllər yaradılıb.

16-05-2017, 01:04
Xeberman.com saytına daxil olan məlumata görə güc strukturlarına daxil olan polis və prokrorluq əməkdaşlarının alimlik dərəcəsini müdafiə etməsində Ali Attestasiya Komissiyası brokratik əngəllər yaradır.Səbəb kimi qeyri-rəsmi olaraq deyirlər ki,yuxarıdan tapşırıq belədi ki,prokrorluq və polis əməkdaşı alimlik dərəcəsi almamalıdı.Qeyri-rəsmi mənbələr bildirir ki,buna əsas səbəb kimi alimlik dərəcəsi alan keçmiş polis və prokrorluq əməkdaşları öz vəzifə səlahiyyətlərindən istifadə edərək(tapşırıq əsasında) elmi işlərini müdafiə ediblər.Bu süni əngəll təbii ki,bütün polis və prokror əməkdaşlarına aid edilmir.Mənbəmizin bizə ad çəkərək verdiyi məlumata görə brokratik əngəllər yaranandan bəri nazir və deputat qohumu olan bir çox polis və prokrorluq əməkdaşları elmi işlərini tapşırıq əsasında müdafiə ediblər,amma savadlı hətta elmi işlərini yazıb müdafiə etdiyi halda ani olaraq qeyri-rəsmi qərar əsnasında alimlik dərəcəsi ala bilməyən polis və prokrorlar bu əngəldən əziyyət çəkirlər.Ona görə də adlarının çəkilməsini istəməyərək Ali Attestasiya Komissiyasının sədrinə,Prezident İlham Əliyevə,Mehriban Əliyevaya müraciət edirlər ki,bu cür brokratik əngəllər aradan qaldırılsın.Buna səbəb kimi güc strukturlarında daha savadlı insanların işləməsinə zəmin yaranacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]