Analitika

Azər Ramizoğlu: Saf qüvvələr bir araya gelib Komitə yaratmalıdırlar.

12-03-2017, 22:35
Ölkədəki antixalq rejiminin süqutunun zaman məsələsi olduğu dünyada artıq bütün ölkələrin ciddi siyasətçilərinə aydındır.
Rejimin süqutunun isə ancaq 2 variantla mümkün olacağı da artıq qəbul olunmuş həqiqətdir.
1-ci variant , rejimin iqtisadiyyatı 2 ilə tam çökdürəcəyi və daxili cəkişmələr səbəbindən idarəetməni tam itirərək böyük bir insan kütləsinin, iqtisadi və güc strukturlarının azğınlaşıb bütün həddləri kecməsi nəticəsində kor tebii iğtişaşları elə.
2-ci variant isə dünyada və xüsusəndə bölgədə gedən geo-siyası proseslərin yaradacağı yəni vəziyyətdə rejimin tam iflic olacağı ilə.
Belə vəziyyəti önləyib, vəziyyətin tam nəzarətdən çıxmaması üçün,müxalifətin saf -çürük olaraq, ölkənin tam xaosa sürüklənməsinin qarşısının alınması üçün real siyasi projeler, yəni fikirlər, ölkənin ictimai-siyasi və iqtisadi sisteminin tam islah olunması barədə planlar hazırlaması vəzifəsi durur.
Bunun üçün ilk növbədə prezident postunun ləğv edilməsi, parlament hakimiyyətinə keçid,güc strukturlarının Nazirlər kabinetinin tərkibindən çıxarılıb ayrı -ayrılıqda və Nazirlər kabinetinin bütünlüklə parlamentə tabe etdirilməsi, nazirlərin parlament tərəfindən təyin edilmısi layihələri hazırlanmalıdır.
Bunun üçün ilk addım kimi bu cür təkliflərin media və internet vasıtəsi ilə ümumi müzakirəyə çıxarılması, tam ciddi informasiya və texniki təminatı təşkil edildikdən sonra projenin,hakimiyyətin qarışa bilməyəcəyi,ümumxalq sesverməsi təşkil etmək və bu prosesin uğurlu keçdiyi halda mühacirətdə ölkə hökuməti qurulmasıdır.
Belə hökumətin həm xarici ölkələrin müvafiq strukturları ilə danışıqlar və qərarlar qəbul etmək həm də ölkədəki müxalifəti təşkilatlandırıb rejimə həqiqətən təzyiqləri təşkil etmək imkanı olar.
Bunun üçün isə bütün saf qüvvələr bir araya gelib Komitə yaratmalıdırlar.
Ümidvarıq ki,vəziyyətin nə dərəcədə ciddi olduğunu siyasilər dərk edir və ölkənin mümkün qədər ağrısız hakimiyyət dəyişikliyi və islahatlara başlaması üçün yegane yolu tutub ciddi müzakirələrə və qərarlar qebul edib həyata keçirilməsinə,ölkə tam batmamış start verəcəkler. Çünki əks halda rejimlə bərabər özünü müxalif elan edib,, ancaq ictimai qəzəbin və radikal mübarizənin qarşısını almaqla məşqul olanlar da məsuliyyət daşıyacaq.

(QDEVAMM-ın Qafqaz Dini Etiqad Vicdan Azadlığının Müdaifə Mərkəzi) təsiscisi Azər Ramizoğlu

Administratorla əlaqə

077 611-55-22

[email protected]