Xəbərlər

Ən qəribə seçki hadisələri

1-11-2015, 16:21
Ən qəribə seçki hadisələri

Bu gün həm Azərbaycan, həm də Türkiyədə parlament seçkiləri keçirilir. Hər bir ölkədə səsvermə prosesi zamanı baş verən maraqlı hadisələr az qala seçkinin nəticələri qədər maraqlı görünür.

Milli.Az modern.az-a istinadən dünyanın müxtəlif yerlərində seçkilər zamanı baş verən maraqlı hadisələri təqdim edir:

Seçki zamanı doğuş

Gürcüstanda 2013-cü ildə keçirilən prezident seçkiləri zamanı baş verən maraqlı hadisə bu gün də xatırlanır.

Belə ki, məntəqələrdən birində hamilə qadın müşahidəçi qismində iştirak edib. Lakin seçki başlayandan bir necə saat sonra qadının doğuş sancıları başlayıb. Bu səbəbdən müşahidəçi qadın dərhal xəstəxanaya aparılıb.

Onun burada oğlu dünyaya gəlib. O zaman həmin xanıma maraqlı bir təklif də olunub. Belə ki, doğulduğu şəraitdən asılı olaraq uşağa prezident kim seçilərsə, onun adını vermək təklif edilib. Həmin seçkilərdə Georgi Marqaveraşvili Gürcüstanın prezidenti seçilib.

Qutudan çıxan Sibel Can

Türkiyədə keçirilən son prezident seçkiləri zamanı da maraqlı hadisə baş verib. Balıkəsirin Edremit rayonunda səs faizləri hesablanarkən qeyri-adi seçici fikrinə rast gəlinib.

Qutunun içindəki seçici vərəqində məşhur müğənni Sibel Canın fotosu çıxıb. Seçici blankdakı prezidentliyə namizədlərin hər üçünün üstündən xətt çəkib.

Sibel Canın fotosunun üstünə isə "tercih" (üstünlük verirəm) yazılı möhür vurub. Bu hadisə bir anın içində mətbuata sızdırılıb. Sonradan nəinki Türkiyə mətbuatı, bütün dünya KİV-i bu maraqlı hadisədən yazmağa başlayıb. Sosial şəbəkələrdə də bu barədə qızğın mübahisələr yaşanıb.

"Sevgilimə toxunma"

ABŞ-da demokratların namizəd seçimi zamanı maraqlı hadisə yaşanıb. Seçkidə iştirak edən ABŞ prezidenti Barak Obama ilə zarafat edilib.

Seçki zamanı Obamaya yanındakı qızın sevgilisi "Sevgilimə toxunma" deyərək söz atıb.

Obama isə "Elə bir planım yox idi", - deyib. Qız sevgilisinin onu utandırdığını bildirərək, prezidentdən üzr istəyib. Obama isə heç bir problem olmadığını qeyd edib.

11 ölü

Pakistanda parlament seçkiləri zamanı baş verən faciə isə çətin ki, o ölkədə kiminsə yadından çıxa. Sind vilayətini idarə edən Pakistanın Xalqlar Partiyasına mənsub iki qrup və tanınmış dini lider Pir Şəhəd Paqaranın rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası arasında səsvermənin bitməsinə bir saat qalanda atışma baş verir. İki partiya arasındakı qanlı atışma zamanı 11 nəfər ölüb, xeyli insan yaralanıb.

Qaçırılan seçki qutuları

Türkiyədə İsmət İnönü zamanında seçki prosesində baş verən maraqlı hadisə tarix kitablarını bəzəyir. Seçkilərin bitməsinə az qalmış bir qrup şəxs müxtəlif ərazilərdən seçki qutularını oğurlayaraq aradan çıxarmaq istəyirlər. Ən maraqlı məqamlardan biri isə namizədlərdən birinin seçki zamanı qutuları bir-bir vuraraq zərbə ilə sındırması olub.

"Nankor Ankara"

Seçkidə məğlub olan İsmət İnönü evinin eyvanına çıxaraq bütün əsəblərini və məğlubiyyət aqressiyasını "Nankor Ankara" qışqıraraq insanlara çatdırmaq istəyib.

Milli.Az

Administratorla əlaqə

077 611-55-22

[email protected]