Xəbərlər / Şikayət

Məhbus ədalətsiz məhkəmədən Prezidentə şikayət edir.

3-06-2022, 13:25
Cənab Prezident!
Həyat yoldaşım Hüseynov Elşən Bəyoğlan oğlu 23 fevral 2019-cu il tarixində, çöllükdə, kənar şəxslərin olmadığı, yalnız iki qrupun dalaşması zamanı qətlə yetirilən Bəhruz İsgəndərovun ölümündə əsassız olaraq təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hadisənin əvvəlindən sonunadək kütləni sakitləşdirməyə, dava etməməyə yalvardığını, hətta dost olduğu, qətlə yetirilən Bəhruz İsgəndərova davada iştirak etməməyə yalvardığını öz ifadələrində bildirmişdir. Həyat yoldaşım heç kimə xəsarət yetirməmiş, onu da heç kəs vurmamışdır. Hadisənin əvvəlindən sonuna qədər o, barışdırıcı mövqedə olmuşdur.
Lakin, iki həftədən sonra müstəntiq, mərhumun qardaşı Tərlan İsgəndərovun saxta ifadəsini əsas götürüb, ona qarşı AR CM-nin 120.2.1, 120.2.2 və 221.3-cü maddələri ilə cinayət işi başlanmış, xuliqanlıq əməli olmadığına görə 221.3-cü maddə 1-ci instansiya məhkəməsi tərəfindən xaric edilsə də, digər maddələr saxlanmışdır. Apellyasiya Məhkəməsi də bu qanunsuz hökmü öz qüvvəsində saxlamışdır.
Cənab Prezident,16iyun yoldaşımın Ali məhkəmənin binasında məhkəmə prosesi keçiriləcək.Sizdən xahiş edirəm bu məhkəmənin ədalətli keçirilməsi,yoldaşımın hüquqlarının müdafiə olunması üçün bizə köməklik göstərin
Mənim yoldaşım günahsızdır.
Hüseynova İlhamə

Administratorla əlaqə

077 611-55-22

[email protected]