Xəbərlər / Təhsil

Azərbaycanda məktəb və universitetlər aprelin 20-nə qədər bağlı olacaq – RƏSMİ

22-03-2020, 11:00
Təhsil müəssisələrində tətilin vaxtı uzadılıb.
Xeberman.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlmat yayıb.

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD – 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]