Xəbərlər / Siyasət

Baş Prokurorluğunda gördüklərimdən, eşitdiklərimdən və onların mənə ünvanladığı əsassız,gülünc XƏBƏRDARLIQ- dan dəhşətə gəldim

14-05-2019, 20:30
Baş Prokurorluğunda gördüklərimdən, eşitdiklərimdən və onların mənə ünvanladığı əsassız,gülünc XƏBƏRDARLIQ- dan dəhşətə gəldimHüquq Müdafiyəçisi Oktay Gülalıyev özünün facebook səhifəsində bu gün Baş Prokrorluğda dindirmə zamanı olan-bitənlər haqqında açıqlama yazıb.Press-az.com saytı olaraq həmin açıqlamanı olduğu kimi dərc edirik.

Dostlar, bu gün Respublika Baş Prokurorluğunda gördüklərimdən, eşitdiklərimdən və onların mənə ünvanladığı əsassız,gülünc XƏBƏRDARLIQ- dan dəhşətə gəldim.Qanunçuluğun, ədalətin keşiyində durub cinayətləri açmaq və ölçü götürmək əvəzinə işgəncə faktlarını ictimayiləşdirdiyimə görə Baş prokurorluğ rəsmi şəkildə mənə absurd xəbərdarlıq etdi (!?)...

Bildiyiniz kimi bu gün rəsmi çağırışla adı çəkilən qurumda oldum. Mənimlə Baş Prokurorun 1- ci müavini Rüstəm Usubov və idarənin digər əməkdaşları görüşdü. Əsas müzakirə mövzusu son zamanlar sənədlərlə, faktlarla araşdırıb yazdığım və çıxış etdiyim işgəncə halları ilə bağlı oldu. Amma çox təəssüf ki, bu faktları araşdırmaq, günahsız insanlara işgəncə verən vəzifəli şəxslər haqqında ölçü götürmək əvəzinə prokurorluğ mənə rəsmi xəbərdarlıq etdi və bu hall təkrarlanarsa haqqımda cinayət işi açıb,daha ciddi ölçü götürəcəklərini bildirdilər (!?)...

Bu artıq hüquqi nihilizmdir. Ölkədə işgəncə faktının olduğunu tək mən demirəm. ABŞ Dövlət Departamenti, BMT- nin İşgəncələr Əleyhinə Komitəsi, Amnestyu İnternational, Tərtər hərbi məhkəməsinin 31 yanvar 2019- cu il 1(098)-7/2019 saylı hökmü, zorakalığa məruz qalmış Gəncə məhbusları, onların valideynləri, ölkə ictimaiyyəti və digərləri deyir. Amma çox ürək ağrıdan acı mənzərədir ki, Baş Prokurorluq bu faktları araşdırmaq əvəzinə mənə xəbərdarlıq edir, həbslə hədələyir. İşgəncə verənləri isə açıq- açığına himayədarlıq edir. Təbii ki, Baş Prokurorluğun bu qanunsuz qərarından məhkəməyə müraciət etmək niyyətindəyəm.

Amma hər kəsin bilməsini istərdim ki, haqqı- hüququ tapdanan, şərlənib həbs olunan, ağır işgəncələrə məruz qalan, müəmmalı şəkildə qətlə yetirilən vətəndaşlarımızın hüquqlarını biz sonadək müdafiə edəcəyik. Yaxşı olar ki, Baş Prokurorluğ başda olmaqla aidiyyatı qurumlar da bu cinayətləri törədənləri məsuliyyətə cəlb etsin, həmin cinayətlərin qarşısını almaq üçün onu ictimailəşdirənləri yox...

P. S. Bu gün 100- lərlə dəstək mesajı aldım. Fürsətdən istifadə edib hər kəsə təşəkkürümü bildirirəm!

Administratorla əlaqə

077 611-55-22

[email protected]