Xəbərlər / Elm

Əli Əhmədov: Müasir cəmiyyətdə inkişafın əsasını elm, bilik təşkil edir

8-05-2019, 10:32

Təkcə bu ilin bir neçə ayı ərzində üç milyondan çox Azərbaycan vətəndaşının həyatı əhəmiyyətli dərəcədə yaxşılaşıb, tələbələrin təqaüdləri, işçilərin əməkhaqları artırılıb.

Oxu.Az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbirində çıxışı zamanı bildirib.

Əli Əhmədov bildirib ki, Azərbaycanın simasının dəyişdirilməsi üçün möhtəşəm addımlar atılır:

“İnsanlarımızın rifahının yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirilir. Bu gün Azərbaycan gələcəyə inamla baxır, indi insanlar övladlarının gələcəyi ilə bağlı qorxu hissi keçirmirlər, çünki Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biridir, vətəndaşların hüquqları etibarlı şəkildə qorunur.

Gənc nəslin formalaşmasına Heydər Əliyev ideyalarının təsir etməsi nəticəsində onlar daha böyük vətənpərvərlik hisslərinə malik olacaq, dövlətçilik məfkurəsi gənclərdə özünü daha aydın şəkildə göstərəcək”.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın bugünkü vəziyyəti 1990-cı illərin əvvələrində mövcud olan Azərbaycandan əhəmiyyətli dərəcədə fərqlənir:

“Bugünkü gerçəkliklər o zamankılardan tam seçilir. Güman edirəm ki, gənc nəslin 1990-cı illərin əvvəllərində Azərbaycanın hansı çətinliklərdən keçməsi barədə məlumatlı olması onların gələcək üçün daha düzgün seçim etməsi baxımından böyük əhəmiyyət kəsb edir”.

Əli Əhmədov bildirib ki, Azərbaycan bütün dünyada uğurlu dövlət kimi tanınır və bunun gələcəkdə də davam etdirilməsi gənc nəsildən asılıdır:

"Müasir cəmiyyətdə inkişafın əsasını elm, bilik təşkil edir. Bu mənada, Azərbaycanda təhsilin inkişafına önəmli yerin verilməsi, təhsillə əlaqədar çox böyük islahatların aparılması, yetişməkdə olan nəslin biliklərlə silahlandırılması Azərbaycanın gələcəyinin təmin edilməsi kimi çətin və şərəfli bir vəzifəyə xidmət edir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]