Xəbərlər / Gündəm

SOS!!! Bu gün "Gəncə işi" məhkəməsində faciə yaşandı...

2-05-2019, 15:55
Bu gün Sabunçu rayon məhkəməsində 2018- ci ilin iyul ayında baş vermiş məlum hadisələrlə bağlı növbəti məhkəmə prosesində insident və dəhşətli olaylar baş verdi. Məhkəmə prosesi ilə bağlı hüquq müdafiyəçisi Oktay Gülalıyev özünün “facebook” səhifəsində yazıb.

Xeberman.com saytı olaraq Məhkəmə prosesi ilə bağlı hüquq müdafiyəçisi Oktay Gülalıyev yazısın təqdim edirik. İnsidentin baş verməsinə səbəb təqsirləndirilən şəxs Şahin Verdiyevin infarkt keçirib Müalicə Müəssisəsində ağır vəziyyətdə olmasına baxmayaraq onun məhkəməyə gətirilməsi oldu. İki nəfərin qolları arasında məhkəməyə gətirilən Şahini gözlərimizlə gördük ki, o paralic keçirib. Ağzı əyilib, hissiyatı yox kimidir və bədənini bir tərəfi işləmir, rəngi göyərmişdi. Şahinin səhhətinin ağır olmasına baxmayaraq hakim Dadaş İmanovun prosesi davam etdirmək cəhdi onunla valideynlər arasında mübahisənin yaranmasına səbəb oldu. İnsidentə məhbuslar da müdaxilə etdi. Bu zaman məhbuslardan biri- Asif Cavadov ani olaraq yerə yıxıldı və huşu özündən getdi. Bir neçə dəqiqə içində o, koma vəziyyətinə düşdü. Məhkəmə prosesi dayandırıldı və məhkəmə binasına Təcili Tibbi yardım çağırıldı. Bu zaman başqa bir məhbus- Həbib Qurbanov onlara qarşı baş verən haqsızlığa etiraz əlaməti olaraq özünə qəsd edəcəyini bildirdi...

Həkimlər Şahin Verdiyevlə Asim Cavadovun vəziyyətinin kritik olduğunu bildirərək onları təcili şəkildə xəstəxanaya apardılar. Hazırda onlar hansı vəziyyətdə olmasından xəbərimiz yoxdur. Məhkəmə təxirə salındı...

Dostlar, "Gəncə işi" ilə bağlı məhkəmədə də ədalətsizlik, amansızlıq və işgəncələr davam edir. Əslində bu gün baş verənlər növbəti insanlıq dramı idi. Amma bizlər hələ də susuruq. Gəlin susmayaq! Bu terrora, vandalizmə, repressiyalara göz yummayaq!

Administratorla əlaqə

077 611-55-22

[email protected]