Xəbərlər / Şou-biznes

Aşıq Ədalətin dəfni zamanı saz çalınıb

16-09-2017, 17:07
Aşıq Ədalətin dəfni zamanı saz çalınıb
Ədalət Nəsibov torpağa tapşırılan zaman qəbrin başında digər bir aşıq tərəfindən saz havası ifa edilib

Azərbaycanın Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, mərhum Aşıq Ədalət Nəsibovun ötən gün Qazaxda keçirilən dəfn mərasimi zamanı saz çalınıb.

İnterAz xəbər verir ki, Ədalət Nəsibov torpağa tapşırılan zaman qəbrin başında digər bir aşıq tərəfindən saz havası ifa edilib.

Qeyd edək ki, Aşıq Ədalət uzun sürən xəstəlikdən sonra sentyabrın 14-də 78 yaşında vəfat edib. Mərhum ötən gün Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında torpağa tapşırılıb.


Administratorla əlaqə

077 611-55-22

[email protected]