Xəbərlər / Maraqlı

Azərbaycan Qran-Prisində evlilik təklifi – FOTO

23-06-2017, 18:26

Formula-1 üzrə Mercedes-AMG komandasının azarkeşi Bakıda öz sevgilisinə maraqlı şəkildə evlilik təklif edib.

Adıçəkilən komandanın azarkeşi Qreyham Barker pit-leyn gəzintisi zamanı sevgilisini Mercedesin qarajına Luis Hemiltonun bolidinə baxmağa dəvət edib.

Q. Barkerin sevgilisi Viktoriya bolidə baxanda avtomaşının üzərində üzük görüb. Daha sonra Viktoriya Barkerin evlilik təklifinə "hə" deyib.

Mercedes-AMG komandası öz fanatına dəstək olaraq planı gerçəkləşiməsinə kömək edib. Bununla əlaqədar komanda twitter səhifəsində təbrik paylaşımı edib: “Şanslı qız HƏ dedi!” // Oxu.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]