Xəbərlər / Siyasət

Moldova prezidenti Azərbaycana rəsmi səfərə gəlib – FOTO

22-06-2017, 00:53

Moldova Prezidenti İqor Dodon bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Oxu.Az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Moldova Prezidenti İqor Dodonu hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

17:49

Moldova prezidenti İqor Dodonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə APA-ya Moldovanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Nümayəndə heyətinə Moldova Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya, Qaqauz Yeri başqanı İrina Vlax və digər şəxslər daxildir.

Səfər zamanı Moldova lideri Azərbaycan prezidenti İlham Əliyev, Baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək, bir sıra digər görüşlər keçirəcək.

Səfər iyunun 23-də başa çatacaq.

12:15

Moldova prezidenti İqor Dodon Azərbaycana rəsmi səfərə gəlir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Moldova Respublikasının Sosialist Partiyasının sədri Zinaida Qreçanıy və Qaqauz muxtariyyətinin başqanı İrina Vlax daxildir.

Səfər zamanı İ.Dodonun Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasi-zadə, həmçinin Moldova-Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcəyi gözlənilir.

“Azərbaycan rəhbərliyi ilə müzakirə ediləsi məsələlər var. Səfərin məhsuldar alınacağına ümid edirik”, - Moldova prezidenti yola düşməzdən əvvəl bildirib.



Administratorla əlaqə

077 611-55-22

[email protected]