Xəbərlər / Şou-biznes

Alim və Elnarədən möhtəşəm kompozisiya - Video

20-06-2017, 22:51
Alim və Elnarədən möhtəşəm kompozisiya - Video
Azərbaycan Cəngisi Kompozisiyası mədəniyyətimizin ən gözəl 3 milli musiqisi - “Qarabağ şikəstəsi”, “Şirvan şikəstəsi” və “Cəngi”nin vəhdətindən ibarətdir.

Kult.az xəbər verir ki, bu kompazisiyanı Alim Qasımov, Elnarə Abdullayeva, Güllü Muradova, Səbuhi İbayev, Ehtiram Hüseynov ifa edirlər (Zurnada Şirzad Fətəliyev). Şamaxı və Qarabağ xanəndələrinin birgə əməyi nəticəsində ərsəyə gələn musiqi olduqca həzin və qulağayatımlıdır.

Şirvan şikəstəsi

Şirvan aşıq mühitinə aid olan “Şirvan şikəstəsi” nəinki xanəndələrin, hətta estrada müğənnilərinin də diqqətini cəlb edib, onun müasir üslubda aranjiman olunmuş ifa variantları yaranıb. Bu şikəstədə musiqi materialı digər şikəstələrdən olduqca fərqlidir. Həm instrumental, həm də vokal partiya həzin və nisbətən lirik xarakterlidir, aşığın ifasında bu həzinlik daha çox duyulur, instrumental partiyada balabanın iştirak etməsi lirik xarakteri gücləndirir. “Şirvan şikəstəsi”ni ifa edərkən xanəndələr aşıq havasının əhvali-ruhiyyəsini yaratmağa çalışırlar.

Qarabağ şikəstəsi

Qarabağ şikəstəsi 19-cu əsrdə zərb muğamı kimi geniş təşəkkül tapıb. Məlumdur ki, şikəstə janrı əvvəl aşıq musiqi yaradıcılığında əmələ gəlib və onun müxtəlif növləri yaranıb.

“Qarabağ şikəstəsi” və “Kəsmə şikəstə” xanəndələrimiz tərəfindən tez-tez oxunur. Hər iki şikəstə də sevgi, məhəbbətin doğurduğu hisslərdən şikayət, əzab-əziyyət, iztirab var. Məhz bu xüsusiyyətinə görə onların musiqisində həzinlik var. Qarabağ şikəstəsinin mətnini bayatılar təşkil edir.

Cəngi

Azərbaycanın milli rəqsidir. Bəzən “Cəngi” cəngavərlik yerişini, meydan oxumanı, döyüşə çağırışı ifadə edir. “Cəngi”nin yaranma tarixi çox qədimdir. “Cəngi” xarakteri cəhətdən eyni olan “Qaytağı”, “Halay” kimi musiqi əsərləri qrupundandır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]