Xəbərlər / Şou-biznes

Tatlısəs yenidən efirə qayıdır

13-06-2017, 15:15

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs bundan sonra övladları ilə birlikdə veriliş aparacaq.

Prodüserlər müğənninin övladları ilə veriliş aparmaq şərtini qəbul ediblər.

Tanınmış aparıcı Ece Erkənin sosial şəbəkədə yazdığı “Hazır olun, İbrahim Tatlısəs bomba kimi qayıdır...” sözləri onun şərtinin qəbul olunması kimi başa düşülüb.

Bir vaxtlar “İbo şou” adlanan verilişin bundan sonra “İbo, İdo, Dilo şou” adlanacağı deyilir.

Müğənni Türkiyənin “Star” kanalında yayımlanan “Duymayan kalmasın” verilişinə açıqlamasında verilişi yenidən aparmaq üçün 13 milyon lirə təklif aldığını bildirib.

İbrahim Tatlısəs “İbo şou”nu yenidən aparmasam, gözüm arxada qalar. Tək şərtim budur ki, verilişi övladlarımla birlikdə aparım”,- deyib.//Kult.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]