Xəbərlər

"Sədərək"də yanğın: FHN əməkdaşları hadisə yerində - Yenilənir

10-06-2017, 22:31

Bakıdakı “Sədərək” Ticarət Mərkəzində yanğın başlayıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verməsi haqqında məlumat daxil olub. Dərhal nazirliyin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

20.30

Sədərək” Ticarət Mərkəzində 2 mağazanın dam örtüyü ümumilikdə 150 m2 sahədə yanıb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin açıqladığı məlumatda bildirilib.

Yanğının yayılmasının qarşısı alınıb, tam söndürülməsi istiqamətində müvafiq işlər həyata keçirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]