Xeberman.com
Xəbərlər / Müsahibə

Əli Həsənov yanan yataqxanada: ilk açıqlama (YENİLƏNİB / VİDEO)

7-06-2017, 17:43

Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yasamalda yanan yataqxananın ərazisinə yollanıb.

Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Əli Həsənov yanan binanın sakinlərinin şikayətlərini dinləyir. Komitə sədri bildirib ki, baş verən hadisə ilə bağlı ilkin müzakirələr aparılıb. Ə.Həsənovun sözələrinə görə, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə məsləhətləşmələrdən sonra yanğından zərər çəkən ailələrin elə həmin ərazidə quraşdırılacaq müvəqqəti çadırlara yerləşdirilməsi nəzərdə tutulur.

***

15:01

Yasamalda məcburi köçkün yataqxanasında baş verən güclü yanğın nəticəsində 6-7 nəfər sakin təxliyə olunub. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, onlar binanın 3-cü və 4-cü mərtəbələrindən çıxarılıb və təcili yardıma təhvil veriliblər.

Yasamal İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, icra hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyev və icra hakimiyyətinin qaçqınlarla iş üzrə sektor müdiri Bahadır Nurullayev hadisə yerinə gedib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə Lent.az-a bildirilib ki, məcburi köçkünlərin yataqxanasında baş verən yanğın zamanı 5 nəfər tüstüdən boğulub. Onlardan 4 nəfərə elə yerindəcə ilkin yardım göstərilib, 1 nəfər isə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Ona da tibbi yardım göstərildikdən sonra buraxılıb.

***

14.26

Bakının yasamal rayonunda yerləşən "Kaktus" restoranının yanındakı məcburi köçkün yataqxanasında yanğın başlayıb.

"Qaynarinfo"nun Ölkə.Az-a istinadla verdiyi xəbərə görə, hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, 15-ə yaxın mənzil yanıb. 100-ə yaxın insana isə maddi ziyan dəyib. Çoxunun sənəd və pullarının içəridə qaldığı bildirilir. Yanğının işıq sayğaclarından başladığı bildirilir. Yanğının tüstüsündən bir nəfər zəhərlənib.

Yanğısöndürənlərin səyi nəticəsində yanğın söndürülüb.

Administratorla əlaqə

070- 965-99- 49

yazar313@mail.ru

Dəstək: Nizam Group

loading...
loading...