Xəbərlər / Ölkə

Allahşükür Paşazadə din xadimini işdən çıxarıb – SƏBƏB + YENİLƏNİB

7-06-2017, 18:00

Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşova şeyxülsilam Hacı Allahşükür Paşazadə tərəfindən din xadiminin işdən çıxarılması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Xeberman.com Qafqazinfo-ya istinadən xəbər verir ki, R. Dadaşova bildirib ki, Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini xadimi Məmmədov Nurməhəmməd iftardan əvvəl ehsanda iştirak edib: “Bu isə Qazılar Şurasının Ramazan ayının başlanması ilə əlaqədar verdiyi fətvada qadağan olunmuş məsələdir. Sözügedən təlimatı pozmaq isə kobud məsələ hesab olunur”.

Qeyd edək ki, QMİ-nin Ramazan ayı ilə bağlı fətvasında qeyd olunur ki, digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir. Müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək.

15:53

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazanla bağlı fətvanı pozan din xadimini cəzalandırıb.

Oxu.Az xəbər verir ki, QMİ-dən APA-ya verilən məlumata görə, Qazılar Şurasının 24.05.2017-ci il tarixli Fətvasının tələblərini kobud şəkildə pozduğu üçün Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini ayinlər icraçısı Məmmədov Nurməhəmməd Rəsul oğlu İdarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]