Xəbərlər / Müsahibə

Sabiq nazir: Allaha şükürlər olsun ki, elə ciddi bir şeyə ehtiyacımız yoxdur

5-06-2017, 22:30

“Müəllim, rektor, prorektor, nazir olmuşam, indi də institut direktoruyam. Nə davranışımda, nə də insanlara münasibətimdə bir dəyişiklik var. Yalnız və yalnız yaxşılığa doğru dəyişiklik ola bilər”.

Xeberman.com-un məlumatına görə, keçmiş təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Modern.az-a müsahibəsində belə deyib.

Ayda 2200 manat təqaüd, 900 manata yaxın da institutdan məvacib alan sabiq nazir dolanışığından narazı olmadığını bildirib: “Evdə mən və həyat yoldaşımdır. Allaha şükürlər olsun ki, elə ciddi bir şeyə ehtiyacımız yoxdur. Hesab edirəm ki, dediyiniz məbləğ nəinki bizim, övladlarımızın da müəyyən ehtiyaclarını ödəyə bilər. Mən heç zaman bədxərc adam olmamışam. Həmişə hər şeydən qənaətlə, səmərəli istifadə etməyə çalışmışam”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]