Xəbərlər

Qəzada polisi öldürən şəxs iş adamının qohumudur - Foto

31-05-2017, 23:31
Qəzada polisi öldürən şəxs iş adamının qohumudur - Foto
Ötən gün polisin ölümü ilə nəticələnən dəhşətli qəzanın bəzi təfərrüatı məlum olub.

Xeberman.com Yenicag.az-a istinadən xəbər verir ki, Bibiheybət yolundakı faciəvi qəzaya qarışan "Porşe” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda "Binə Kəbirə” kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qardaşı oğludur.

1974-cü il təvəllüdlü Rövşən Məmmədov hazırda xəstəxana şəraitində müalicə olunur. O, əvvəlcə Travmotologiya İnstitutuna yerləşdirilsə də, daha sonra özəl klinikalardan birinə köçürülüb.

Qeyd edək ki, Rövşən Məmmədov ötən il ağır faciə yaşayıb. Belə ki, onun məktəbi yenicə bitirən 17 yaşlı oğlu rəhmətə gedib.

Xatırladaq ki, Rövşən Məmmədovun idarə etdiyi 10 VV 155 dövlət nömrə nişanlı avtomobillə vurulan 99 AP 658 nömrəli Polis Post Patrul Xidmətinə məxsus "Fiat Doblo”da ölən polis əməkdaşı 25 yaşlı Emil Adil oğlu Zeynallıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]