Xəbərlər / Elm

"Biz şagirdləri parta arxasına həbs etmirik" - Replə dərs keçən müəllim - VİDEO

29-05-2017, 21:29
"Biz şagirdləri parta arxasına həbs etmirik" - Replə dərs keçən müəllim - VİDEO
3250 nəfər əhalinin yaşadığı və rayon mərkəzindən 40 kilometr aralıda yerləşən Gəgiran kənd orta məktəbində tarix müəllimiu işləyən Həbib Əlizadə düz 5 il əvvəl Lənkəran dövlət universtetinin tarix fakültəsini bitirib.

ARB TV xəbər verir ki, 2 il bundan əvvəl isə təhsil nazirliyinin təyinatı ilə Gəgiran kəndinə gələrək burada 5-11-ci sinif şagirdlərinə tarix fənnini tədris etməyə başlayıb.

Bu gün ucqarlarda müəllim çatışmazlığının hökm sürdüyü bir vaxtda gənc müəllimin belə bir addım atmasında məqsədi şagirdlərinin tarixlə bağlı xronologiyaları rahat mənimsəyə bilməsidir.

Həbib Əlizadə - Tarix müəllimi: "Tarix dərsi sıxıcı bir dərs olub. Bəzən, xoronologiya, tarixi hadisələr və s. Tarix dərsinin daha əyləncəli hala gətirmək üçün tarixi səhnəciklər, oyunlardan istifadə edirik, bu da onlardan biridi".

Həbib müəllim dərsləri maraqlı etmək üçün müxtəlif metodlardan istifadə edir. Özünün də dediyi kimi bu işdə onun ən böyük dəstəkçisi isə təbii ki, şagirdləridir.

Həbib Əlizadə - Tarix müəllimi: "Günəşli havadırsa biz şagirdləri parta arxasına həbs etmirik, çıxıb çöıldə dərs keçirik. 1 nömrəli dəstəkçim şagirdlər olduöu üçün bunlar uğurlu alınır".

İndi gənc müəllimin ən böyük istəyi gələcəkdə digər dağ kəndlərindəki müəllimlərlə birgə maraqlı layihələr həyata keçirməkdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]