Xəbərlər

Azərbaycanda 123 yaşında seçici var

27-05-2017, 01:32

Azərbaycanda ən yaşlı seçicinin 123 yaşı var.

Xeberman.com Trend-ə istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, həmin seçici 3 əsrdə yaşayıb: “Bu, 1894-cü ildə anadan olmuş 94 saylı Bərdə Seçki Dairəsinin 3 saylı məntəqəsinin seçicisi Allahverdiyeva Səmərqənd Gülməmməd qızıdır.

Kişilər arasında ən yaşlı seçici isə 66 saylı Biləsuvar Seçki Dairəsinin 23 saylı seçki məntəqəsinin seçicsi 117 yaşlı Qurbanov Səttar Həsən oğludur”.

MSK sədri əlavə edib ki, Azərbaycanda yaşı 100 və 100-dən yuxarı 407 seçici var, 90-99 yaşlı seçicilərin sayı isə 9245 nəfər təşkil edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]