Xəbərlər

Bakının mərkəzində bankın önündə özünü yandıran şəxsin FOTOsu yayıldı

24-05-2017, 23:02
Bakının mərkəzində bankın önündə özünü yandıran şəxsin FOTOsu yayıldı
Bu gün Bakıda bankın qarşısında özünü yandıran şəxsin fotoları yayılıb.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, Azneft meydanında "Bank Respublika"nın qarşısında üstünə benzin tökərək yandıran 64 yaşlı Ramiz Manafovun feysbukda yayılıb.

Şahidlərin bildirdiyinə görə, müştəri banka gələrkən əlində sellofan paket olub. O, bank işçiləri ilə mübahisə etdikdən sonra özünü yandıracağını deyib. Məlumata görə, mübahisəyə səbəb müştərinin banka olan borcunun qarşılığında mənzilinin alınacağının deyilməsi olub.

Daha sonra bankın qarşısına çıxan şəxs özü ilə gətirdiyi benzini üstünə tökərək əlindəki alışqanla yandırıb. Onun arxasınca çıxan bankın işçiləri və mühafizə xidmətinin əməkdaşı yanğınsöndürən balonla alovun içərisində olan şəxsi söndürə biliblər.

Şəxsin əsas qol, boyun və üz nahiyyələri yanıb. Təcili yardıma özü əyləşə bilən şəxs xəstəxanaya aparılıb.

Qeyd edək ki, hazırda Respublika Yanıq Mərkəzində olan R.Manafovun vəziyyəti kritikdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]