Xəbərlər / Mədəniyyət

Mövludun kitabı çıxdı: gəliri hara xərclənəcək?

24-05-2017, 14:18

Mayın 27-də, saat 12:00-dan 14:00-a qədər M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında mərhum yazıçı Mövlud Mövludun “Çətirsiz” adlı hekayələr kitabının təqdimatı keçiriləcək.

Bu barədə Kult.az-a Azərbaycan Yaradıcılıq Fondunun təşkilat şöbəsinin rəhbəri Fuad Cəfərov məlumat verib.

O, kitabın satışından əldə olunan gəlirin Mövludun övladına bağışlanacağını bildirib.

Qeyd edək ki, Mövlud Mövlud bu il martın 16-da 28 yaşında faciəli şəkildə dünyasını dəyişib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]