Xəbərlər

Astarada investisiya layihələrinin qəbuluna başlanılır

13-05-2017, 12:48

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Astara rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən Xeberman.com-a bildiriblər ki, layihələrdə ixtisaslaşdırılmış "yaşıl market", cins heyvandarlıq, çayçılıq, istixana, arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı) və bağçılıq təsərrüfatlarının və meyvə emalı müəssisəsinin yaradılması nəzərdə tutulub.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu Astara rayonunda işgüzar forum keçirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]