Xəbərlər / Media

Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov Mariya Zaxarovanın hərəkətini pislədi

28-04-2017, 21:26
Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov  Mariya Zaxarovanın hərəkətini pislədi
Azərbaycan Mətbuat Şurası (MŞ) Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Azərbaycan jurnalistlərinin ünvanına söylədiyi fikirlərlə bağlı bəyanat yayıb.

MŞ-dan Xeberman.com-a verilən məlumata görə, bəyanatda bildirilib ki, M. Zaxarovanın azərbaycanlı jurnalistin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girov saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualına münasibəti, bu xüsusda Azərbaycan jurnalistlərinə ünvanladığı aşağılayıcı fikirlər təəssüf doğurur. Şura Zaxarovanın bu mövqeyini qətiyyətlə pisləyir.

Təşkilat hesab edir ki, M. Zaxarovanın fikirlərində aşkar nəzərə çarpan təzyiq, təhdid və təhqir meylləri onun ümumən Dağlıq Qarabağ həqiqətlərinə biganəliyindən, məsələnin həssaslığına əhəmiyyətsiz yanaşmasından və öz baxışlarını diktə etmək iddiasından irəli gəlir:

“Belə mahiyyət obyektivlik axtarışında olan və bunun üçün peşə borcunu yerinə yetirən azərbaycanlı jurnalistin sualına nalayiq reaksiyanı doğurub. Azərbaycan Mətbuat Şurası bu qənaətdədir ki, hər bir jurnalist fikirlərini ifadə etməkdə, sualını ünvanlamaqda sərbəstdir. Erməni əsirliyində saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi isə Azərbaycanı düşündürdüyü qədər Rusiyanı və bu ölkənin cəmiyyətini də düşündürməlidir. Azərbaycanlı jurnalist sualını məhz bu ictimai motivi əsas tutaraq ünvanlayıb”.

Bəyanatda qeyd olunur ki, M. Zaxarovanın əslən azərbaycanlı olan Rusiya vətəndaşının taleyinə biganəlik kimi qiymətləndiriləcək düşüncəsi heç bir diplomatik davranış tərzinə və mənəvi normalara uyğun dey
il.

Administratorla əlaqə

077 611-55-22

[email protected]