Xəbərlər

Qarabağda daha bir erməni əsgəri ölüb

25-04-2017, 22:52

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda erməni əsgəri ölüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı Ermənistan Müdafiə nazirliyi yayıb.

Məlumata əsasən, 1998-ci il təvəllüdlü əsgər Karen Armenoviç Avetisyan naməlum şəraitdə aldığı ağır xəsarətdən ölüb.

Hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün araşdırma aparılır.

Xatırladaq ki, aprelin 24-də saat 17:50 radələrində atəşkəs rejimini pozan 1997-ci il təvəllüdlü Harek Arutunyan Azərbaycan Ordusunun cavab atəşi ilə məhv edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]