Xəbərlər / Maraqlı

Boynunda nəhəng dana, bu vəziyyətdə 3 maşını çəkir - Maraqlı ŞOU - VİDEO

22-04-2017, 14:46

Pəhləvanların çox şousunu görmüşük. Amma bir pəhləvanın nəhəng bir dananı boynuna mindirməsini, üstəlik bu vəziyyətdə 3 maşını dartmasını necə, görmüsüz?

Xeberman.com xezerxeber.az-a istinadən xəbər verir ki, Tərtərdə yaşayan 34 yaşlı Səxavət nəhəng dananı çiyninə götürür. Bu vəziyyətdə 2 yük və bir sərnişin maşınını qoşqu ilə dartır.

Ətrafdakı insanların çəkdiyi bu görüntülər sosial şəbəkələrdə son günlərin ən çox paylaşılan videosu oldu.

Hamı bu pəhləvanın kimliyi ilə maraqlandı. Biz də araşdırmalarımızdan sonra bu şəxsi axtarıb tapdıq. Tərtər sakini olan bu şəxs 34 yaşlı Səxavətdir.

Səxavət məhşur videosundan da danışdı. Səxavəti rayonda daha çox dananı boynuna qaldıran pəhləvan kimi tanıyırlar. Deyir tez-tez tədbirlədə onu izləmək üçün dəvət edirlər.

Səxavət çiynində dana olmaqla daha çox maşını qoşqu edib dartmaq üçün məşq edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Administratorla əlaqə

077 611-55-22

[email protected]