Xəbərlər

Bakı metrosunda bunları etməyin: CƏRİMƏSİ VAR - VİDEO

14-04-2017, 22:22

Bakı metrosunu çirkləndirən sərnişinlərə qarşı cəzaların tətbiq edilməsinə daha ciddi nəzarət olunacaq.

Xeberman.com Xəzər TV-yə istinadən məlumat verir ki, “IV İslam Həmrəyliyi” oyunları zamanı Bakıya gələcək turistlərin sayının artacağını nəzəra alan “Bakı Metropoliten” QSC-nin əməkdaşları metroda nəzarəti gücləndirəcəklər.

Yerə zibil atan, oturacağa və ya əl tutacaqlarına saqqız yapışdıranlar cərimə ediləcəklər.

Qeyd edək ki, sərnişinlərə qarşı cərimələr standart deyil. Eskalatordan sürahinin üstünə əşya qoyulmasına görə - 15 manat, relsrlərə atılan zibilə görə - 30 manat, vaqonun qapısını məcburi şəkildə açmaq və siqaret çəkməyə görə - 50 manat, icazəsiz elektrik şəbəkəsindən istifadəyə görə isə 70 manat cərimə tətbiq edilir.

Cərimə olunanlar beş iş günü müddətində yaxınlıqdakı poçt və banklara yaxınlaşıb cərimələrini ödəyə bilərlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]