Xəbərlər / Ölkə

Bakıda “Təxəyyülün gücü” VII Əl işləri festivalı keçiriləcək

11-04-2017, 19:03

Bakıda “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində “Təxəyyülün gücü” VII Əl işləri festivalı keçiriləcək.
Festivalda müxtəlif əl işlərinin - təbii kosmetik vasitələr, milli gəlinciklər, gildən oyuncaqlar, ev üçün dekor aksessuarları, yağlı və akvarel boya rəsmləri, keramika, şüşə qablar üzərində vitraj, ağacdan oyma işləri, gül çələngləri və s. satışı təşkil olunacaq.

Festivalı ziyarət edən insanlar burada onları maraqlandıran yaradıcılıq dərnəklərinə üzv ola bilərlər. Tədbirdə keramika və ebru sənəti ustalarının ustad dərsləri də təşkil olunacaq.

Festival 14-15 aprel tarixlərində baş tutacaq, giriş sərbəstdir.

V.A.
www.Xeberman.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]