Xəbərlər / Ölkə

Sabah Bakının bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

11-04-2017, 18:49

[/i]Sabah səhər saatlarından etibarən Dövlət Elektrik Stansiyasına gedən yolun “Mir Mövsüm Ağa” ziyarətgahı ilə “Azal” Arenanın yerləşdiyi hissəsində və “Azal” Arena istiqamətinə gedən Starçük küçəsində nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılacaq.

Bu barədə Xeberman.com-a “Azəravtoyol” ASC-dən məlumat verilib.

Məlumata görə, məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə 2 gün ərzində tətbiq ediləcək. Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

www.Xeberman.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]