Xəbərlər / Ölkə

“Petkim” və STAR-ın işçiləri etiraz aksiyası keçirirlər – FOTO

11-04-2017, 18:42

SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Energy A.Ş.”-nin tabeliyində fəaliyyət göstərən STAR neft emalı zavodu və “Petkim Petrokimya Holding A.Ş.”-nin işçiləri etiraz aksiyası keçirirlər.

Xeberman.com-ın məlumatına görə, APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, aksiyaya səbəb STAR-ın işçilərinin “Petkim”ə transfer olunması ilə bağlı rəhbərliyin verdiyi qərardır.

Ötən günün ikinci yarısında tətil elan edən işçilər, bu gün səhər saatlarından etibarən şirkətlərinin önündə aksiya keçirir. Aksiyadan öncə rəhbərliyə ciddi xəbərdarlıq ünvanlayaraq verilən qərarın ləğv olunması tələb olunub.

Aksiya iştirakçılarının yerli mətbuata verdiyi məlumata əsasən, “SOCAR Turkey Energy” 132 işçini STAR-dan “Petkim”ə transfer etmək niyyətindədir.

Mətbuat həmçinin yazır ki, etiraz aksiyasından sonra yerli aidiyyəti qurumlar şirkət rəhbərliyi ilə danışıqlara başlayıb. Hələlik qurum rəsmiləri danışıqların nəticələrini açıqlamayıb, lakin yaxın vaxtda aksiya iştirakçılarına bu barədə məlumat veriləcək.



Administratorla əlaqə

077 611-55-22

[email protected]