Xəbərlər / Ölkə

Türkiyədə 20 manata mənzillərə yatırım başladı – YENİLİK

10-04-2017, 20:37

Azərbaycanlı investorlar Türkiyədə daşınmaz əmlaka 20 manatdan başlayaraq yatırım etmək imkanı edə biləcəklər.

Xeberman.com-a istinadən xəbər verir ki, son dövrlərdə Türkiyə maliyyə bazarları və əmlak şirkətlərinin birgə əməkdaşlığı ilə inşaat sektorunun maliyyələşdirilməsi çərçivəsində yeni maliyyə alətinin emissiyası reallaşıb.

Söhbət TOKİ dövlət inşaat şirkətinin kütləvi təkliflə İstanbul Birjasında alqı-satqısı təmin edilən daşınmaz əmlak sertifikatlarından gedir. Yeni reallaşacaq layihənin ümumi xərclərinin 27%-ni bu sertifikatlar vasitəsi ilə, qalan 73%-i isə şirkət özü maliyyələşdirəcək.

Hər bir sertifikatın qiyməti 42,50 lirədir (20 manat və ya 11,7 dollar). İnvestorlar sertifikat almaqla İstanbulda daşınmaz əmlaka ortaq ola bilərlər. 100 ədəd sertifikat layihənin 1 kvadrat metrinə (cari qiymətlərlə 1150 dollar) bərabərdir. Tikilməkdə olan binanın 27%-i satılmayaraq blok halında sertifikat sahibləri üçün saxlanılır.

Sertifikat sahibi, yəni layihənin ortağı təxminən üç ilin sonunda sahib olduğu sertifikatların nisbətində əmlak payını ala bilir. Həmin şəxs istədiyi zaman sertifikatı birjada indiki qiymətə sata bilər və ya sertifikat ilə blok mənzillərin satışından əldə olunan gəlirlə sertifikatını emitent investisiya şirkətinə verərək hər bir sertifikatına düşən pay həcmində pulunu geri ala bilər.

Ən önəmli məsələ ondan ibarətdir ki, sertifikatların bu gün müəyyən edilən ilkin satış qiyməti layihənin kvadrat metrə görə xərcləri hesablanacaq.

Tikinti başa çatdıqdan sonra hazır mənzillərin satış qiymətlərinin yüksələcəyi və bununla da sertifikat qiymətlərinin birjada bahalaşacağı gözlənilir.

İqtisadçı-ekspert Cəfər İbrahimli açıqlamasında daşınmaz əmlak sertifikatlarının bir neçə üstünlüyünün olduğunu bildirib:

“Birincisi, Türkiyədə ev almaq istəyənlər onu “katlavandan” almaqla daha ucuz əldə etmiş olurlar. 2007-ci ildən bəri İstanbulda evlərin qiyməti 60% artıb. Bu da o deməkdir ki, qarşısadakı 3 il ərzində də evlərin qiymətində artım olacaq.

Buna görə də, sertifikatların gəlirliliyi artacaq. Digər tərəfdən, bu layihə Türkiyədə daşınmaz əmlaka investisiya etmək istəyən və mənzil almağa kifayət qədər vəsaiti olmayan azərbaycanlı investorlar üçün də maraqlı ola bilər”.

Belə ki, birjada əməliyyat apararaq bu sertifikatları istənilən vaxt satmaq mümkündür. Uzunmüddətli yatırım etmək istəyənlər isə 3 ilin sonunda daha yüksək gəlir əldə edə bilərlər.

İqtisadçı-ekspert qeyd edib ki, bu xarici valyutada hazırda ən gəlirli yatırım imkanıdır:

Ekspert hazırda lirə ilə yatırımın az riskli olduğunu deyib. Belə ki, lirə dollar qarşısında artıq stabil bir məzənnə əldə edib. Digər tərəfdən, manatın uzun müddətli perspektivdə ucuzlaşmaqda davam edəcəyi ilə bağlı gözləntilər lirə ilə yatırımı daha gəlirli edir.

Yerli investorlar Türkiyənin daşınmaz əmlak sertifikatlarını Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərindən ala bilərlər.

C.İbrahimli bildirib ki, İstanbul fond birjasına çıxış imkanı şirkətlərlə müqavilə bağlayaraq öz hesabına daşınmaz əmlak sertifikatından istədiyi sayda əmlak sertifikatını sifarişi verə və gün ərzində investorun hesabına qeyd olunan sertifikatları ala bilərlər.

V.A.
www.Xeberman.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]