Xəbərlər / Ölkə

İlham Əliyev: Süni qiymət artımına yol verilməməlidir

10-04-2017, 15:38

Xeberman.com APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı deyib ki, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi önəmli məsələlərdən biridir: “Süni qiymət artımına yol verilməməlidir”.

Prezident İlham Əliyev bildirib ki, dövlət büdcəsinin icrası uğurla gedir: “Builki investisiya proqramlarının tam şəkildə icra olunması vacibdir.

Ölkə üçün ən lazımlı layihələrə vəsait ayrılıb. Maliyyə vəziyyətimiz yaxşıdır. Valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə çoxdur”.

V.A.
www.Xeberman.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]