Xəbərlər / Ölkə

4-cü sinif şagirdinin ölümü ilə bağlı direktordan – AÇIQLAMA + YENİLƏNİB

10-04-2017, 14:40

[i][i]313 saylı orta məktəbin direktoru 4-cü sinif şagirdinin ölümünə aydınlıq gətirib.

Xeberman.com-xəbər verir ki, məktəbin direktoru Zakir Bayramov aznews.az-a açıqlamasında bildirib ki, sözügedən təhsil müəssisəsində Səccad Mircəfər oğlu Əyyubzadə adlı şagird təhsil almır.

Xatırladaq ki, Bakıda orta məktəb şagirdi qəflətən dünyasını dəyişib. Sulutəpə qəsəbə sakini, 2007-ci il təvəllüdlü Səccad Mircəfər oğlu Əyyubzadənin vəziyyəti qəfil pisləşib. Həkimlərin səyinə baxmayaraq, Səccad Əyyubzadənin həyatını xilas etmək mümkün olmayıb.

10:03

Bakıda orta məktəb şagirdi qəflətən ölüb.

Xeberman.com-xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sulutəpə qəsəbə sakini, 2007-ci il təvəllüdlü Səccad Mircəfər oğlu Əyyubzadənin vəziyyəti qəfil pisləşib və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, S.Əyyubzadə dünyasını dəyişib. Ölümün səbəbləri araşdırılır.

Qeyd edək ki, S.Əyyubzadə 313 saylı orta məktəbin 4 sinfində oxuyurmuş.

Vaqif Abdullayev

www.Xeberman.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]