Xəbərlər / Gündəm

Zakir Həsənov Səudiyyə Ərəbistanına gedib

4-04-2017, 17:02
Zakir Həsənov Səudiyyə Ərəbistanına gedib
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 4-də Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xeberman.com-a verilən məlumata görə, səfər çərçivəsində Z.Həsənov İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud, Səudiyyə Ərəbistanı Krallığı Vəliəhdinin varisi, Baş nazirin müavini, Müdafiə naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud və digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.

Görüşlər zamanı ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.



vaqif abdullayev


////Xeberman.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]