Xəbərlər / Media

İranlı Azərbaycandan külli miqdarda dollar çıxarmaq istəyib

3-04-2017, 14:32


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Tehran aviareysi ilə getmək istəyən İran vətəndaşı Amirahmadi Mohammadrezanın əl çantası rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.

Vətəndaş saxlanılıb və onun əl çantası yoxlanılıb. Nəticədə çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 172 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 17 200 ABŞ dolları aşkar edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]