Xəbərlər / Elm

İflic olanlar da rahat hərəkət edə biləcəklər - Tibbdə inanılmaz yenilik - VİDEO

2-04-2017, 23:33

İflic olan xəstələr beyinlərinə yerləşdirilən xüsusi çiplərin köməyi ilə hərəkətlərini müəyyən dərəcədə bərpa edə biləcəklər.
Xeberman.com Publika.az -a istinadən xəbər verir ki, ekperimental Braingate2 sistemi ABŞ-ın Case Western Reserve Universitetinin alimləri və Cleveland VA tibb mərkəzinin birgə çalışmaları nəticəsində əldə olunub.
Mütəxəssislər qurğunun boynundan aşağısı iflic olan xəstələrin hərəkət sistemini düşünmə gücü ilə bərpa edə biləcəklərini deyiblər.
İlk eksperiment 56 yaşlı Bill Koçevar üzərində sınaqdan keçirilib.
2006-ci ildə keçirdiyi velosiped qəzasından sonra iflic olan Bill boynundan aşağı bədənini hərəkət etdirə bilmir. Mütəxəssislər hərəkət qabiliyyətini qaytarmaq üçün Billin beyninə iki mikroçip yerləşdiriblər. Mikroçiplər vasitəsilə ötürülən siqnallar qoluna bağlanan xüsusi qurğunu hərəkətə gətirib.
"Həmin an sadəcə qolumu hərəkət etdirməyi düşündüm və bunu etdim. Mən qolumu hərəkət etdirdim" - deyə Bill təəssüratlarını bölüşüb.
Professor Robert Kirser hələ inkişaf mərhələsindəki texnikanın gələcəkdə daha təkmilləşmiş forması üzərində çalışacaqlarını deyib:
"Biz düşünülən hərəkətlərin ardıcıl alqoritmlərini hazırlayacayıq. Bu isə iflic olmuş xəstələrin başqalarından asılılığını tamamilə aradan qaldıracaq".

Administratorla əlaqə

077 611-55-22

[email protected]