Xəbərlər / Maraqlı

7 yaşlı azərbaycanlı "Brüs Li" Bacarığı ilə görənləri heyrətləndirir - Video

26-03-2017, 01:25
7 yaşlı azərbaycanlı "Brüs Li" Bacarığı ilə görənləri heyrətləndirir - Video
Əli Səfərov 4 ildir hər gün çox sevdiyi idmançı - aktyorun kinolarına baxıb, ona bənzəmək üçün dəridən-qabıqdan çıxır.

Xeberman.com Xəzər xəbər-ə istinadən bildirir ki, o, dayanmadan 100-dan artıq pres və jim vura bilir, hətta Brüs Li kimi 2 barmağının üstündə tək əllə jim edir.

Bir çox idmançının belə bacarmadığı Brüs Liyə məxsus bu hərəkəti isə daha həyəcanlıdır. Balaca Əli kumirinə oxşamaq üçün bədənini də unutmayıb.

Əlinin atasının sözlərinə görə, oğlunun qollarını bükmək də çətindir.

Balaca Brüs Linin idmana həvəsi çox olsa da, dərslərlə arası yaxşı deyil. 1-ci sinifdə təhsil alan Əlinin arzusu Brüs Li kimi tanınmış və güclü bir idmançı olmaq və tanınmaqdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]