Xəbərlər / Media

Sabahdan TRT-1 Azərbaycanda yenidən açılır

28-02-2017, 15:37

Türkiyə Baş nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Milli Televiziya və Radio Şurası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Radio, Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi arasında əldə olunan razılığa əsasən" TRT 1" televiziya kanalının Azərbaycan ərazisində sosial paket daxilində yayımı bərpa olunacaq.
Bu barədə Xeberman.com -a "TRT"nin Bakı nümayəndəliyinədn məlumat verilib. Məlumatda bildirilib ki, Azərbaycanda kifayət qədər tamaşaçısı olan TRT 1 televiziya kanalı, 1995-ci ildən etibarən Azərbaycan və Türkiyə hökumətlərarası müqavilə əsasında yayımı həyata keçirir.
2016-cı ilin noyabr ayından etibarən mərhələli şəkildə Azərbaycan ərazisində analoq TV yayımının dayandırılmasından sonra, TRT 1 televizia kanalı 1 mart 2017-ci ildən etibarən öz verilişləri ilə rəqəmli sosial paket daxilində gündəlik 24 saat Azərbaycan tamaşaçısın qarşısına çıxacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]