Xəbərlər / Elm

İlin ilk Ay tutulması olacaq

11-02-2017, 17:20

Bu gün ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Azərbaycan Milli Elmlər Akakdemiyasından İstiPress-ə verilən məlumata görə, bu kosmik hadisəsinin ardınca səmada “Yeni il kometası” adlandırılan 45R kometası görünəcək. Bu zaman o, Yer kürəsinə maksimal yaxın məsafəyə yaxınlaşacaq.

Ay tutulması Günəş, Yer kürəsi və Ayın bir xətt üzrə düzülməsi, yəni Yerin Ay və Günəş arasında olduğu an baş verir. Ay Yerin kölgəsinə daxil olanda tam, yarımkölgəsinə daxil olanda isə yarımçıq tutulur.

Ay tutulması hadisəsini Avropa, Afrika və Qərbi Asiya sakinləri müşahidə edə biləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]