Xəbərlər / Maraqlı

Bir foto ilə məşhurlaşan Nəcəf müəllim - VİDEO

8-02-2017, 16:06

Axşam.az ARB TV-yə istinadən xəbər verir ki, o, düz 21 ildir ki, qarlı, şaxtalı havalarda şagirdlərini məktəbə şəxsən özü aparıb-gətirir. Təsadüfən çəkilən 1 şəkildən sonra isə Nəcəf müəllim çoxlarının rəğbətini qazanıb. Yardımlı rayonuna yağan 1 metr hündürlüyündə qarda cığır açaraq uşaqları məktəbə aparan müəllimin fotosu sosial şəbəkəyə yerləşdirilib. Beləliklə, o, özünün belə xəbəri olmadan bütün ölkədə tanınıb.

Müəllim bu barədə fikirlərini bölüşüb:

"Şagirdlər kəndin aşağı tərəfindən gəlirlər. Mənim də evim məktəbə yaxın olduğu üçün 8-ə 15 dəqiqə qalmış uşaqları bizim evin yanından yığıb, oradan söhbət edərək, nağıllar danışaraq məktəbə gətirirəm".

Müəllimi məşhurlaşdıran fotonun müəllifi isə Dəlləkli kənd sakini Sakit Ziyadovdur. O, bu fotonu təsadüfən çəkdiyini deyib:

"Gözəl bir mənzərəylə qarşılaşdım. Nəcəf müəllim uşağın çantasını götürərək gəlirdi. Uşağın da əlindən tutaraq yeriməsinə köməklik edir. Eşitdim ki, müəllim deyir ki, "Uşaqlar, yol yoxdur. Mən yolu açıram tələsməyin, siz arxamca gəlin". Nəcəf müəllimin xəbəri olmadan fotonu çəkdim".

Nəcəf müəllim deyir ki, şəkil paylaşılandan sonra ölkənin müxtəlif yerlərindən ona təşəkkür zəngləri gəlir. Bu nəcib işə görə ona minnətdarlıq edənlərin ardı-arası kəsilmir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]