Xəbərlər

Separatçı rejim Elnur Hüseynzadə 2 aylıq həbs edilib

5-02-2017, 12:54
Separatçı rejim Elnur Hüseynzadə  2 aylıq həbs edilib
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, “məhkəmə” onun barəsində 2 aylıq həbs qərarı çıxarıb. Ermənilər absurd şəkildə “azərbaycanlı diversant” kimi təqdim etdikləri E.Hüseynzadə ilə bağlı növbəti şouya başlayıblar.

Məlumata görə, qapalı müzakirələrdə azərbaycanlı girovu vəkil müdafiə edib və ona tərcüməçi ayrılıb.

Erməni tərəfinin bildirdiyinə görə, 1995-ci il təvəllüdlü Elnur Elman oğlu Hüseynzadəyə qarşı cinayət işi qaldırılıb. O, “diversiyaya cəhd”də və “sərhədi qanunsuz keçməkdə” ittiham olunur.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfinin iddiasını təkzib edib, onun bir neçə ay əvvəl ordudan tərxis olunduğunu bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]